Binalarda Enerji Effektivliyi Altisteminin ilkin versiyası layihəçilərlə müzakirə edilib
Azərbaycanda Binalarda Enerji Effektivliyi Altisteminin ilkin versiyası layihəçilərlə müzakirə edilib.
"Far.Az" Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr binaların enerji effektivliyi üzrə pasportlaşdırılması və bu prosesin rəqəmsal mühitdə həyata keçirilməsi məqsədilə yaradılmaqda olan Binalarda Enerji Effektivliyi Altsisteminin müzakirəsinə həsr olunmuş görüşdə aparılıb. Görüşdə tikinti və layihələndirmə sahəsində fəaliyyət göstərən subyektlərə pasportlaşdırma prosesi barədə məlumat verilib, altsistemin ilkin versiyası nümayiş etdirilib.
Görüşdə Energetika Nazirliyinin Enerji səmərəliliyi şöbəsinin müdiri Cahid Mikayılov binaların enerji effektivliyinin artırılması istiqamətində həyata keçirilən tədbirlər, bu sahədə formalaşdırılmış hüquqi baza, eləcə də enerji effektivliyi üzrə pasportlaşdırmanın məqsədi və əhəmiyyəti barədə məlumat verib.
Bildirilib ki, binaların enerji göstəricilərinin qiymətləndirilməsi və müvafiq enerji effektivliyi sinfinin müəyyən edilməsi enerji istehlakı barədə daha dolğun məlumatın əldə olunmasına, enerji səmərəliliyinin artırılması imkanlarının müəyyənləşdirilməsinə və bu sahədə sistemli yanaşmanın formalaşdırılmasına xidmət edəcək.
Altsistemdə nəzərdə tutulan əsas funksiyalar əyani şəkildə göstərilib, pasportun hazırlanması və təqdim edilməsi prosesi, həmçinin bu prosesdə layihəçilərin və digər iştirakçıların rolu izah olunub. Altsistemin gələcək istifadəçilərinin praktiki təcrübə və ehtiyaclarının onun hazırlanması prosesində nəzərə alınması məqsədilə iştirakçıların altsistemin funksionallığı, istifadə rahatlığı və pasportlaşdırma prosesinin təşkili ilə bağlı rəy və təklifləri dinlənilib, qaldırılan məsələlər ətrafında müzakirələr aparılıb. Bildirilib ki, daxil olan təkliflər altsistemin təkmilləşdirilməsi zamanı nəzərdən keçiriləcək.
Qeyd edək ki, Binalarda Enerji Effektivliyi Altsisteminin bu ilin oktyabr ayınadək hazır vəziyyətə gətirilməsi, il sonunadək təkmilləşdirilməsi və "Binaların enerji effektivliyi üzrə pasportlaşdırılması Qaydaları"nın qüvvəyə minməsi ilə 2027-ci il yanvarın 1-dən istismara verilməsi nəzərdə tutulur.
Oxşar xəbərlər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
Lənkəranın turizm imkanları geniş auditoriyaya nümayiş etdirilib
Leyla Əliyeva və Alyona Əliyeva Müstəqillik Gününə həsr olunmuş konserti izləyiblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Göygöldə "Chevrolet" aşdı - Yaralılar var
-
Sumqayıtda iki avtomobil toqquşub, ölən var
-
Sumqayıtda iki avtomobil toqquşub: Ölən və yaralanan var
-
Göygöldə "Chevrolet" aşdı - Yaralıların vəziyyəti açıqlandı
-
"Araz-Naxçıvan" - "Turan Tovuz" matçında hakim səhvi: AFFA rəsmisi təsdiqlədi
-
Azərbaycanın etibarlı mövqeyi İlham Əliyevin uğurlu çoxvektorlu siyasətinin nəticəsidir - RƏY













