Tramp: ABŞ və Danimarka Qrenlandiya ilə bağlı razılığa gəlib
Ağ Ev lideri Donald Tramp ABŞ və Danimarkanın Qrenlandiyanın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı səlahiyyətlərin Vaşinqtona ötürülməsi barədə razılığa gəldiyini bildirib.
"Far.Az"un məlumatına görə, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.
"ABŞ-nin Qrenlandiyada təhlükəsizlik və digər ehtiyaclara nəzarəti daimi olaraq həyata keçirməsinə imkan verən razılaşmanın Danimarka Krallığı və Qrenlandiya ilə əldə edildiyini məmnuniyyətlə bildirirəm", – deyə Tramp yazıb.
Ağ Ev rəhbəri qeyd edib ki, Vaşinqton Qrenlandiyanın və ABŞ-nin təhlükəsizliyini təmin etmək üçün adada "lazım olan hər şeyi" etmək imkanı əldə edib.
Trampın sözlərinə görə, razılaşma həmçinin Qrenlandiyada istənilən hərbi mövcudluğun və ya investisiyanın Vaşinqtonun "yazılı razılığı" ilə həyata keçirilməsini nəzərdə tutur.
"Biz dərhal Qrenlandiyanın müvafiq hissəsində genişmiqyaslı hərbi mövcudluğun yaradılması prosesinə başlayacağıq", - deyə ABŞ Prezidenti əlavə edib.
Oxşar xəbərlər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
ABŞ bayrağına Qrenlandiya ulduzunu əlavə edə biləcəkmi? - ŞƏRH
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gəncədə Ramiz Mehdiyevin kürəkəninin özbaşınalığı: Milyonlarla manatı verilməyən qadın borc bataqlığına düşdü
-
Lənkəranda gəncə ağır xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb
-
Rəşad Ələkbərov: Nəsiminin Şamaxıda ucaldılan abidəsi 5 ilə hazırlanıb
-
Lənkəranda gəncə ağır xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
-
Xətai və Sabunçunun bir sıra ərazilərində qaz olmayacaq
-
Nizami rayonunda kanalizasiya problemi













