"Atanın, ananın, qardaşların hökmü ilə yaşayırdıq" - Keçmiş Bakıdan xatirələr
Baku TV-nin "O vaxtlar" verilişinin budəfəki qonağı Novxanı sakini Məsumə İsayeva olub.
Verilişdə uşaqlıq illərindən, o dövrün qonşuluq münasibətlərindən danışan Məsumə İsayeva öz həyat hekayəsini bölüşüb.
Novxanı sakini həyat yoldaşı ilə tələbəlik illərində, eyni qrupda oxuyarkən tanış olduğunu bildirib.
O, yoldaşının ona gözlənilməz bir üsulla hisslərini bəyan etdiyini xatırlayıb:
"Yoldaşım gördü ki, məni istəyənlər var, ürəyini açdı. Rusca məktub yazdı ki, "əgər mənə "hə" deməsən, özümü dördüncü mərtəbədən atacağam".
Mən də inandım, dedim, yazıqdır, özünü dördüncü mərtəbədən atar. Həm qrup yoldaşım idi, həm də xoşuma gəlirdi. Nərimanov parkında ona "hə" dedim". Gənc yaşlarında ailənin və qardaşlarının qoyduğu qayda-qanunlara ciddi əməl etdiklərini söyləyən Məsumə xanım bu səbəbdən hisslərini evdəkilərdən gizlətməyə məcbur olduğunu deyib:
"Biz atanın, ananın, qardaşların hökmü ilə yaşayırdıq. Ona görə qorxumdan qardaşlarıma heç nə demədim. Amma bircə dəfə anama gecə yatanda ağlaya-ağlaya danışdım. Çünki sevgi ürəkdən gələndə göz yaşı ilə birgə gəlir".
Mühit fərqliliyindən və Bakı kəndlərinin xarakterik xüsusiyyətlərindən danışan Məsumə İsayeva müşahidələrini belə bölüşüb:
"Rayon yerlərində insanlar bir-birinin arxasındadırlar, bir-birini müdafiə edirlər. Amma bakılılarda belə deyil. Düzdür, yaxşı insanlardır, amma bir-birinin arxasında dayanmırlar. Bir də görürsən, biri digərinə çəp baxdı, vəssalam, onunla da münasibət bitdi".
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
DÇ-2026-nın ən cazibədar xanım azarkeşləri
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sumqayıtda azyaşlının avtobusla vurularaq ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb
-
Füzulidə avtomobil aşıb, ölən və xəsarət alanlar var
-
Qaxda yol qəzasında xəsarət alan qadın xəstəxanada ölüb
-
Göygölə dolu yağıb - FAKTİKİ HAVA
-
Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı
-
"Bloomberg": ABŞ-nin avtomobil nəhəngləri Trampı Çin avtomobillərinin idxalını qadağan etməyə çağırıb













