Tramp bəzi jurnalistlərin Ağ Evə girişini qadağan edib
Far.Az xəbər saytı

Tramp bəzi jurnalistlərin Ağ Evə girişini qadağan edib


ABŞ Prezidenti Donald Tramp CNN, MS NOW telekanallarının və "Politico" qəzetinin jurnalistlərinin Ağ Evə girişini qadağan edib.

"Report"un məlumatına görə, ABŞ lideri bu barədə "Truth Social" sosial şəbəkəsində məlumat verib.

Ağ Ev rəhbəri qərarını adıçəkilən media qurumlarının müxbirlərinin administrasiya haqqında yalan məlumatlar yayması ilə əsaslandırıb.

"Media ABŞ prezidentinin, Tramp administrasiyasının və ya Amerika Birləşmiş Ştatlarının fəaliyyətini işıqlandırarkən davamlı olaraq uydurma və yalan məlumatlar yaymaq imkanına malik olmamalıdır", – deyə o yazıb.

ABŞ lideri digər "saxta xəbərlər" yayan media qurumlarının da onların ardınca gələcəyi barədə xəbərdarlıq edib.

Oxşar xəbərlər

Media nümayəndələri üçün növbəti "Sosial Jurnalistika" təlimi təşkil edilib
"Euronews Academy" çərçivəsində keçirilən "Rəqəmsal Jurnalistika" təlim proqramı yekunlaşıb
Milli dəyərlər və gənclərin gələcəyi mövzusunda tədbir keçirilib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Milli Observatoriya növbəti "Sosial Jurnalistika" təlimini keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər