ABŞ "LUKOIL"un xarici aktivlərinin satışı üçün lisenziyanı uzadıb
Far.Az xəbər saytı

ABŞ "LUKOIL"un xarici aktivlərinin satışı üçün lisenziyanı uzadıb


ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) sentyabrın 19-da başa çatacaq lisenziyanın müddətini oktyabrın 22-dək uzadıb. Lisenziya "LUKOIL" ilə danışıqlar aparmağa və "LUKOIL International GmbH"nin (LIG, şirkətin xarici aktivlərinə sahibdir) və ya onun nəzarətində olan hər hansı şirkətin satışı ilə bağlı şərti razılaşmalar imzalamağa icazə verir.

Bu barədə "Far.Az" "İnterfaks"a istinadən xəbər verir.

Bununla belə, istənilən əqdlər OFAC-ın ayrıca icazəsi ilə təsdiqlənməlidir.

Qeyd olunub ki, 22 oktyabr 2025-ci ildə OFAC "LUKOIL"u və onun bir sıra törəmə cəmiyyətlərini sanksiyalar siyahısına (SDN List) daxil edib. Sanksiya məhdudiyyətləri tətbiq edildikdən sonra "LUKOIL" xarici aktivlərini satmaq niyyətində olduğunu açıqlayıb.

2026-cı ilin yanvar ayının sonunda "LUKOIL" Amerikanın "Carlyle" investisiya şirkəti ilə "LUKOIL International GmbH" şirkətinin satışı barədə saziş bağlayıb. Müqavilə OFAC tərəfindən təsdiqlənilməni gözləyir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər