AEBA: PUA Kursk AES-in soyutma qülləsini vurub
Far.Az xəbər saytı

AEBA: PUA Kursk AES-in soyutma qülləsini vurub


Rusiyadakı Kursk atom elektrik stansiyasının (AES) fəaliyyətdə olan enerji blokunun soyutma qülləsinə sebtyabrın 17-si səhər saatlarında PUA zərbəsi endirilib.

Bu barədə "Report" Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) "X" sosial şəbəkəsindəki bəyanatına istinadən məlumat yayıb.

Bildirilib ki, hadisə anında reaktor bloku işlək vəziyyətdə olub, lakin onun iş rejimi dəyişməyib. Yanğın baş verməyib.

"Nüvə obyektlərinə zərbələr qəbuledilməzdir", - AEBA-nın baş direktoru Rafael Qrossi bildirib.

O, həmçinin nüvə qəzası riskinin qarşısını almaq üçün yenidən maksimum hərbi təmkinliyə çağırıb.

Oxşar xəbərlər

İlham Əliyev "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Bakıda "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilib
Prezident Ağdərədə "Qozlukörpü" Su Elektrik Stansiyasının açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər