Əllərin keyiməsi və üşüməsi nəyin əlamətidir? - Bu səhvləri etməyin
Far.Az xəbər saytı

Əllərin keyiməsi və üşüməsi nəyin əlamətidir? - Bu səhvləri etməyin


Əllərin tez-tez üşüməsi və barmaqların keyiməsi bəzən sadə səbəblərlə əlaqəli olsa da, bu hal davamlı xarakter daşıyırsa, daha ciddi problemlərdən xəbər verə bilər.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, uzun müddət kompüter qarşısında işləmək, sükan arxasında qalmaq və əllərlə təkrarlanan hərəkətlər etmək sinirlərin sıxılmasına səbəb ola bilər.

Bu zaman insan barmaqlarda keyimə, iynələnmə və hissiyatın azalmasını müşahidə edə bilər.

Mütəxəssislərin sözlərinə görə, problemin səbəbini müəyyənləşdirmədən masaj etdirmək və ya sadəcə əlləri isitməklə kifayətlənmək düzgün deyil. Əllərdə keyiməyə biləkdə sinirin sıxılması, dirsək nahiyəsində sinir problemi, boyun fəqərələrində dəyişikliklər və damar spazmları səbəb ola bilər.

Xüsusilə soyuq və ya stress zamanı barmaqların rənginin dəyişməsi və keyiməsi Raynaud sindromu ilə əlaqəli ola bilər.

Bundan başqa, B12 vitamini çatışmazlığı, şəkərli diabet, qalxanabənzər vəz xəstəlikləri, eləcə də əvvəllər alınmış əl və boyun travmaları da bu simptomlara səbəb ola bilər.

Ona görə də əllərdə keyimə və üşümə tez-tez təkrarlanırsa, ilk növbədə nevroloqa müraciət etmək tövsiyə olunur. Həkim problemin sinirlər, damarlar və ya digər səbəblərlə bağlı olub-olmadığını müəyyənləşdirərək uyğun müayinə və müalicə istiqamətini seçə bilər.

Oxşar xəbərlər

Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər