Rebeka Qrinspan BMT baş katibi postu uğrunda üçüncü qeyri-rəsmi səsvermədə liderlik edir
Far.Az xəbər saytı

Rebeka Qrinspan BMT baş katibi postu uğrunda üçüncü qeyri-rəsmi səsvermədə liderlik edir


Kosta-Rikanın keçmiş vitse-prezidenti Rebeka Qrinspan BMT Təhlükəsizlik Şurası üzvlərinin təşkilatın növbəti baş katibi vəzifəsinə namizədlərlə bağlı keçirdiyi qeyri-rəsmi səsvermədə yenidən ilk sıraya çıxıb.

"Far.Az" "Reuters"ə istinadən xəbər verir ki, cümə günü keçirilən üçüncü qapalı sorğuda Qrinspan 9 "lehinə", 5 "əleyhinə" səs alıb, bir nümayəndə isə mövqeyini açıqlamayıb.

Bu, Antonio Quterreşin xələfinin müəyyənləşdirilməsi prosesi çərçivəsində BMT Təhlükəsizlik Şurası üzvləri arasında keçirilən üçüncü qeyri-rəsmi sorğu olub. İyul ayında keçirilən ilk səsvermədə də Qrinspan ən çox dəstəyi əldə edib. Avqust ayında baş tutan ikinci turda isə Qayana nümayəndəsi Karolin Rodriqes-Birkett cüzi fərqlə önə çıxıb.

Ümumilikdə BMT-nin növbəti baş katibi postuna yeddi namizəd mübarizə aparıb. Antonio Quterreşin ikinci beşillik mandatı 2026-cı ilin sonunda başa çatacaq.

BMT Təhlükəsizlik Şurasının yaxın həftələrdə namizədlərlə bağlı daha bir neçə qeyri-rəsmi sorğu keçirməsi gözlənilir. Təşkilatın rəsmi namizəd siyahısında Rafael Qrossi (Argentina) – Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru, Rebeka Qrinspan (Kosta-Rika) – BMT-nin Ticarət və İnkişaf Konfransının rəhbəri, Maki Sall (Seneqal) – Seneqalın keçmiş prezidenti, Mariya Fernanda Espinosa Qarses (Ekvador) – BMT Baş Assambleyasının keçmiş prezidenti, Karolin Rodriqes-Birkett (Qayana) – Qayananın BMT-dəki daimi nümayəndəsi, İvon A-Baki (Ekvador) – diplomat və Olara Otunnu (Uqanda) – Uqandanın keçmiş xarici işlər rəhbəri yer alıb.

Antonio Quterreşin ikinci beşillik mandatının başa çatmasından sonra yeni baş katibin 2027-ci ildən etibarən BMT-yə rəhbərlik etməsi gözlənilir.

Oxşar xəbərlər

Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər