Firəngiz Əlizadə: Akademik musiqiyə diqqəti artırmaq lazımdır
Akademik musiqidə çox ciddi problemlər, çatışmazlıqlar var.
"Far.Az"un məlumatına görə, bunu Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Bakıda XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bundan sonrakı prosesdə bu istiqamətə diqqət vacibdir.
"Muğamımız var, estrada musiqimiz, xalq mahnılarımız, aşıq musiqimiz, cazımız var, bunların heç birindən heç bir şikayətimiz yoxdur. Lakin akademik musiqidə çox ciddi problemlər, çatışmazlıqlar var. Mən istəyirəm ki, bizim bundan sonrakı fokusumuz bu olsun - akademik musiqini inkişaf etdirmək, yaratmaq və yaşatmaq, müxtəlif platformalarda təbliğ etmək".
Firəngiz Əlizadə festivalın və qurultayın bu kontekstdə uğurlu fikir mübadiləsi platformasına çevriləcəyindən əminliyini ifadə edib.
Oxşar xəbərlər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçirilir
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Cəbrayılın Horovlu kəndində Novruz festivalı keçirilib
Bakıda "Force of Love" 2026 yay festivalı keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb













