ABŞ-də senatorlar süni intellektin Çin gəmisi barədə yanlış hesabatının araşdırılmasını tələb ediblər
ABŞ Konqresinin bir qrup demokrat senatoru hökumətin nəzarət orqanlarından Yaxın Şərqdəki Çin gəmisinin nüvə silahı proqramının komponentlərini daşıdığını iddia edən süni intellektin səhv hesabatını araşdırmağı tələb edib.
"Far.Az" "CNN"ə istinadən xəbər verir ki, qanunvericilərin müvafiq məktubu telekanalın əlinə keçib.
Senatorlar az qala münaqişəyə səbəb olacaq bu insidenti qurumların effektiv idarəetmə əvəzinə süni intellekti imkanlarının tətbiqinin sürətləndirilməsinə və "eksperiment"lərə nə dərəcədə üstünlük verməsi ilə bağlı onlarda "artan narahatlıq" doğuran son hadisələrin nümunəsi adlandırıblar.
Məktubda senatorlar Mark Uorner, Cek Rid və Kris Kuns bu cür səhvlərin Amerika ictimaiyyətinin kəşfiyyata və döyüş missiyalarına inamına göstərdiyi təsiri nəzərə alaraq müvafiq baş müfəttişlər tərəfindən yekun nəticələrin daha yüksək şəffaflıq dərəcəsi təmin edilməklə dərhal araşdırma aparılmasına çağırıblar.
Məktubda həmçinin ABŞ Silahlı Qüvvələrinin fevral ayında Minabdakı İran məktəbinə endirdiyi və təxminən 200 uşaq və yetkinin ölümünə səbəb olan zərbə xatırladılıb. Daha əvvəl "CNN" xəbər vermişdi ki, zərbə Amerika komandanlığının kəşfiyyat məlumatlarının çox köhnəlməsi ilə bağlı xəbərdarlığına məhəl qoymamasından sonra endirilib.
"Hədəf seçimi üçün süni intellekt platformalarının köhnəlmiş məlumatlar və ya aşkar hallüsinasiyalar əsasında dəfələrlə yalan nəticələr yaratmasına dair məlumatlar ciddi operativ səhvlər riski yaradır, həmçinin həm Amerika ictimaiyyətinin, həm də beynəlxalq tərəfdaşların ABŞ kəşfiyyat məlumatlarının və onlara əsaslanan hərbi əməliyyatların dəqiqliyinə və etibarlılığına olan inamını sarsıdır", - demokratlar belə hesab edirlər.
Onlar Pentaqon rəhbəri Pit Heqset və Milli Kəşfiyyatın direktoru Cey Kleytondan baş müfəttişlərə "istər bu il baş vermiş hər iki hadisəyə dair məlumatlara, istərsə də indiyədək ictimaiyyətə açıqlanmamış ola biləcək hər hansı digər hadisələrə məhdudiyyətsiz giriş" təmin olunmasını tələb ediblər.
Oxşar xəbərlər
Vilayət Eyvazov polislərə vətəndaşların şikayətlərinin obyektiv və həssaslıqla araşdırılmasını tapşırıb
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sumqayıtda azyaşlının avtobusla vurularaq ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb
-
Füzulidə avtomobil aşıb, ölən və xəsarət alanlar var
-
Göygölə dolu yağıb - FAKTİKİ HAVA
-
Qaxda yol qəzasında xəsarət alan qadın xəstəxanada ölüb
-
Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı
-
"WSJ": "Google"un neyroşəbəkəsi sınaq zamanı üç şirkətin sisteminə daxil olub













