ABŞ-nin Azərbaycandakı səfirliyi: Cənubi Qafqazda sülh yeni imkanlar açır
Bakı və İrəvan arasında sülh və əməkdaşlıq Azərbaycan və Cənubi Qafqaz üçün regional bağlantılar, ticarət, investisiya və rifah sahələrində yeni imkanlar açır.
"Report" xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin paylaşımında bildirilib.
Paylaşımda qeyd olunub ki, ABŞ-nin müvəqqəti işlər vəkili Emi Karlon Azərbaycan Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Xankəndi və Şuşaya (11-12 sentyabr- red.) səfər edib. Səfər çərçivəsində o, diplomatik korpusun digər nümayəndə heyəti rəhbərləri ilə birlikdə bölgənin mədəni irsi və iqtisadi inkişafı ilə yaxından tanış olub.
Bildirilib ki, E.Karlon Xankəndidə dəmir yolu və avtovağzal kompleksinə, mədəniyyət mərkəzinə, Zəfər Parkına, Xankəndi Stadionuna, Qarabağ Universitetinə və yerli tikiş fabrikinə baş çəkib. Şuşada isə yeni Şuşa məscidi, Aşağı Gövhər Ağa məscidi, Şuşa Mərkəzi Meydanı, Şuşa Yaradıcılıq Mərkəzi və tarixi Şuşa qala divarları da daxil olmaqla bir sıra mühüm məkanları ziyarət edib.
"Bu səfər sülh və əməkdaşlığın Azərbaycan və bütövlükdə Cənubi Qafqaz üçün regional bağlantılar, ticarət, investisiya və rifah sahələrində yeni imkanlar aça biləcəyini bir daha nümayiş etdirdi", - paylaşımda qeyd olunub.
Oxşar xəbərlər
İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
Din xadimləri Xankəndidə Zəfər parkı və Zəfər meydanını ziyarət ediblər
Horadiz-Ağbənd dəmir yolu ilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınmasına başlandı
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident İlham Əliyev Şuşada "Yasəmən" hotelinin yeni korpusları ilə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Premyer Liqanın V turunda "Zirə" və "Qarabağ" heç-heçəyə razılaşıb
-
Fransa insan hüquqlarının müdafiəsi sahəsindəki tənqidə görə ABŞ-dən üzr istəyib
-
Naxçıvanda 8 ayda vergi ödəyicilərinə xidmət mərkəzlərində 31 minə yaxın şəxs qəbul edilib
-
Böyük Britaniya və Aİ sammiti yenidən təxirə salınıb
-
CENTCOM rəhbəri: Biz yaxşı silahlanmışıq və istənilən vəziyyətə hazırıq
-
Fars körfəzi ölkələrinin XİN başçılarının Oman görüşü təxirə salınıb













