Qətərli nazir ABŞ-nin Hörmüz boğazının gələcəyi ilə bağlı açıqlamasını yanlış adlandırıb
Far.Az xəbər saytı

Qətərli nazir ABŞ-nin Hörmüz boğazının gələcəyi ilə bağlı açıqlamasını yanlış adlandırıb


Qətərin energetika naziri Səad əl-Kəəbi ABŞ-ın maliyyə naziri Skott Bessentin Hörmüz boğazının iki ildən sonra əhəmiyyətini itirəcəyi barədə açıqlamasını yanlış adlandırıb.

"Report"un "Bloomberg"ə istinadən məlumatına görə, nazir bu barədə bazar günü Nyu-Yorkda keçirilən Qətər İqtisadi Forumunda danışıb.

"Düşünürəm ki, bu, tamamilə yanlışdır", – deyə Əl-Kəəbi bildirib.

Onun sözlərinə görə, Hörmüz boğazı yalnız neft və qaz ticarəti üçün deyil, digər növ malların daşınması baxımından da mühüm marşrutdur. Buna görə də boğaz öz əhəmiyyətini itirə bilməz.

Bundan əvvəl Bessent bildirib ki, ölkələr boru kəmərləri və digər alternativ marşrutlar inkişaf etdirəcəkləri üçün iki ildən sonra boğaz "faydasız su ərazisinə" çevriləcək.

Əl-Kəəbi həmçinin qeyd edib ki, Qətər hazırda Hörmüz boğazından yan keçən yeni boru kəmərlərinin tikintisini planlaşdırmır. Onun sözlərinə görə, boğazdan istifadə ilə bağlı qərar kommersiya və texniki amillər nəzərə alınaraq qəbul edilib.

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Leyla Əliyeva və Arzu Əliyeva Nyu-Yorkda sərgidə iştirak ediblər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər