44 günlük müharibədən antiterror tədbirlərinə qədər baş verənlər vahid prosesin ardıcıl mərhələləri idi - RƏY
Azərbaycanın müasir dövlətçilik tarixində 20 Sentyabr xüsusi siyasi və tarixi məna daşıyan gündür.
Bunu "Report"a Milli Məclisin deputatı Azər Kərimli deyib.
O qeyd edib ki, bu tarix təkcə 2023-cü ilin sentyabrında həyata keçirilmiş hərbi əməliyyatın başa çatdığı gün deyil:
"20 Sentyabr Azərbaycan dövlətinin beynəlxalq səviyyədə tanınmış bütün ərazisi üzərində öz suveren hakimiyyətini tam təmin etdiyi, Konstitusion quruluşunu bütün ölkə ərazisində bərqərar etdiyi tarixi mərhələdir".
Onun fikrincə, məhz buna görə 20 Sentyabrı yalnız hərbi hadisənin nəticəsi kimi qiymətləndirmək kifayət etmir.
"Bu gün Azərbaycanın uzun illər ərzində qarşısında dayanan ən fundamental dövlətçilik məsələsinin həll olunduğu tarixi nöqtədir: dövlətin hüquqi sərhədləri ilə onun faktiki sərhədləri nəhayət üst-üstə düşdü. Bu nəticəyə aparan yol isə bir gündə və ya bir ildə formalaşmamışdı. Onun arxasında uzun illər ərzində aparılmış dövlət siyasəti, gücləndirilmiş iqtisadi və hərbi potensial, beynəlxalq müstəvidə ardıcıl mövqe və nəticə etibarilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilmiş hərbi-siyasi strategiya dayanırdı", - deputat deyib.
"2020-ci ildə başlayan tarixi proses 2023-cü ilin sentyabrında məntiqi nəticəsinə çatdı. Bu prosesdə Ali Baş Komandanın rolu yalnız hərbi əməliyyatlara rəhbərlik kontekstində qiymətləndirilməməlidir. 2020 və 2023-cü illərin hadisələri Azərbaycan dövlətinin siyasi rəhbərliyi ilə ordunun imkanlarının vahid strateji məqsəd ətrafında birləşməsinin nəticəsi kimi tarixə daxil oldu".
Deputat bildirib ki, suverenliyin tam bərpasını Azərbaycan dövlətçiliyinin üç əsas amilinin – siyasi iradənin, güclü ordunun və xalqın milli birliyinin ortaq nəticəsi kimi qiymətləndirmək mümkündür.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sumqayıtda azyaşlının avtobusla vurularaq ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb
-
Füzulidə avtomobil aşıb, ölən və xəsarət alanlar var
-
Göygölə dolu yağıb - FAKTİKİ HAVA
-
Qaxda yol qəzasında xəsarət alan qadın xəstəxanada ölüb
-
Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı
-
Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvanda vətəndaş qəbulu keçirib













