Olof Gill: Aİ Kanadanın təşkilatda assosiativ üzvlüyünün necə rəsmiləşdiriləcəyini müzakirə edəcək
Far.Az xəbər saytı

Olof Gill: Aİ Kanadanın təşkilatda assosiativ üzvlüyünün necə rəsmiləşdiriləcəyini müzakirə edəcək


Avropa İttifaqı (Aİ) Avropa Komissiyası sədri Ursula fon der Lyayenin Kanadanın Aİ-də assosiativ üzvlüyü barədə təklifinin praktiki rəsmiləşdirilməsi məqsədilə Kanada və üzv dövlətlərlə müzakirələr aparacaq.

"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəsmi nümayəndəsi Olof Gill Brüsseldə keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, çünki ittifaqın müqavilələrində belə bir status nəzərdə tutulmayıb.

"Hazırda bizim bir ideyamız var. Avropa İttifaqı və Kanadanın qarşılıqlı fayda naminə, maraqlarımıza uyğun olaraq münasibətləri gücləndirmək barədə ümumi öhdəliyi var", - O.Gill Kanadaya təklif olunan statusun konkret olaraq hansı hüquqları nəzərdə tutacağı ilə bağlı sualı cavablandırarkən deyib.

Qeyd edək ki, Ursula fon der Lyayen bəyan edib ki, Brüssel Kanada ilə münasibətləri münasibətlərini yeni səviyyəyə qaldırmaq istəyir. O, qüvvədə olan CETA ticarət sazişindən ümumi rifah və iqtisadi təhlükəsizlik məkanı yaratmalı olan "gələcək naminə alyans"a keçməyi təklif edib və Aİ-nin assosiativ üzvü qismində Kanada üçün "qapını açmağa" hazır olduğunu vurğulayıb.

Oxşar xəbərlər

İlham Əliyev və Ursula Fon der Lyayen mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər