Xames Rodriges Kolumbiya millisində karyerasını başa vurub
"Atletiko Nasional" klubunun yarımmüdafiəçisi Xames Rodriges Kolumbiya millisində karyerasını başa vurduğunu açıqlayıb.
"Report"un verdiyi məlumata görə, 35 yaşlı futbolçu bu barədə sosial şəbəkədəki səhifəsində yazıb.
"Vaxt gəldi. Birlikdə keçirdiyimiz hər oyun, hər sevinc, hər göz yaşı və hər arzu üçün təşəkkür edirəm. Kolumbiya millisinin rənglərini qorumaq mənim üçün ən böyük şərəf idi. Təşəkkürlər, Kolumbiya. Əbədi", - deyə Rodriges bildirib.
Qeyd edək ki, Xames Rodriges Kolumbiya millisinin heyətində ümumilikdə 131 oyun keçirib və 31 qol vurub. O, 2014-cü ildə Braziliyada keçirilən dünya çempionatının ən yaxşı bombardiri olub və turnirdə 6 qol vurub. Rodriges üçün milli komandada sonuncu turnir 2026-cı il dünya çempionatı olub. Kolumbiya həmin turnirdə 1/8 finala qədər irəliləyib, lakin penaltilər seriyasında İsveçrəyə məğlub olub.
Oxşar xəbərlər
DÇ-2026: Misir Avstraliyanı penaltilər seriyasında məğlub edərək 1/8 finala yüksəlib - YENİLƏNİB-8
Bakıda tanınmış şirkət bahalı maşınlarını ucuz qiymətə satışa çıxardı - SİYAHI
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
"Atletiko Nasional" Xames Rodrigesin transferini açıqlayıb
Prezident və xanımı Davos Forumunda iştirak etmək üçün İsveçrəyə səfərə gəlib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"AzerGold" Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
-
Ağcabədidə Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
-
Gədəbəydə güllələnmiş meyit tapıldı
-
Xocavəndə köçən ailələrə mənzillərin açarları təqdim edilib - YENİLƏNİB-2
-
Lənkəranda bərabərlik və ayrı-seçkiliyə qarşı mübarizə mövzusunda üçgünlük təlim təşkil olunub
-
Lənkəranda dəmiryolu relslərini oğurlamaqda şübhəli bilinən 3 nəfər saxlanılıb













