Aİ-də rusiyalı biznesmenlərə qarşı sanksiyaların uzadılması razılaşdırılır
Far.Az xəbər saytı

Aİ-də rusiyalı biznesmenlərə qarşı sanksiyaların uzadılması razılaşdırılır


Avropa İttifaqı (Aİ) ölkələrinin daimi nümayəndələri bir neçə min rusiyalı fiziki və hüquqi şəxsə qarşı sanksiyaların üç il müddətinə uzadılması barədə ilkin razılığa gəliblər, eyni zamanda sahibkarlar Əlişir Usmanov və Mixail Fridmanın sanksiya siyahılarından çıxarılması barədə razılaşıblar.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə avropalı diplomatlar bildiriblər.

Onların sözlərinə görə, əgər yaxın bir neçə saat ərzində Aİ dövlətlərindən heç biri buna qarşı çıxmazsa, Usmanov və Fridmanın çıxarılması barədə qərar qüvvəyə minəcək.

Razılaşma minlərlə rusiyalı fiziki və hüquqi şəxsə qarşı sanksiyaların uzadılması barədə paket razılaşması çərçivəsində əldə olunub. Üç illik müddət altı və ya 12 aylıq adi sanksiya uzadılması dövrlərini xeyli üstələyir.

Aİ Usmanov və Fridmana qarşı sanksiyaları 2022-ci ildə tətbiq edib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Xarici diplomatlar Qarabağ Universitetinin fəaliyyəti ilə tanış olublar
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər