Vahid forma şagirdlərin diqqətini geyimə yox, tədrisə yönəldəcək
Far.Az xəbər saytı

Vahid forma şagirdlərin diqqətini geyimə yox, tədrisə yönəldəcək


Hər bir uşağın eyni şərtlər daxilində təhsil almaq hüququ var və onlar bərabər imkanlara sahib olmalıdırlar.

BAKU.WS xəbər verir ki, bunu "Report"a açıqlamasında təhsil eksperti Tuqay Rzazadə deyib.

O bildirib ki, bu, Konstitusiyada, eyni zamanda, "Təhsil haqqında" Qanunda da öz əksini tapıb: "Ümumiyyətlə, dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır. Bu o deməkdir ki, bütün şagirdlər üçün neytral və inklüziv təhsil mühiti yaradılmalıdır.

Şagirdlər burada özlərini ilk növbədə təhsil sisteminin bir hissəsi və Azərbaycan vətəndaşı kimi hiss etməlidirlər. Başqa heç bir amil onların təhsil prosesində fərqləndirilməsinə səbəb olmamalıdır. Məktəbli forması da şagirdlər arasında bərabərliyin və sağlam məktəb mühitinin təmin olunmasına xidmət edir. Uşaqların eyni parta arxasında oturarkən xarici görünüşünə və geyiminə görə bir-birindən fərqlənməməsi onların münasibətlərinə də müsbət təsir göstərə bilər".

Ekpertin fikrincə, vahid formanın tətbiqi gələcəkdə məktəblərdə bullinq kimi halların azalmasına da töhfə verə bilər: "Mən bunu öz şəxsi müəllimlik təcrübəmdən də deyə bilərəm. Bir çox hallarda məktəbdə bullinq kimi xoşagəlməz halların yaranmasının əsas səbəblərindən biri maddi imkanlar arasındakı fərqdir. Düşünürəm ki, belə halların qarşısının alınması baxımından vahid məktəbli formasının tətbiqi müsbət yanaşmadır".

T. Rzazadənin sözlərinə görə, geyim kodeksinə riayət olunması məktəbdə valideyn-məktəb-müəllim əməkdaşlığının güclənməsinə də töhfə verə bilər.

Oxşar xəbərlər

Bakıda "Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu" mövzusunda beynəlxalq konfrans keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər