ABŞ Rusiya-Ukrayna münaqişəsinin yekunlaşması üzərində işləyir
Far.Az xəbər saytı

ABŞ Rusiya-Ukrayna münaqişəsinin yekunlaşması üzərində işləyir


Vaşinqton Rusiya-Ukrayna münaqişəsinin başa çatdırılması üzərində işləməyə və hər iki tərəfin liderləri ilə əlaqə saxlamağa davam edir.

"Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasında bildirib.

"Biz hər iki tərəfin liderləri ilə çox sıx işləyirik", - o deyib və əlavə edib ki, işlər insanların fərqində olduğundan daha sürətli gedir.

Tramp qeyd edib ki, hər ay münaqişə nəticəsində təxminən 25 min gənc həlak olur.

O həmçinin bildirib ki, bu yaxınlarda Konqres tərəfindən qəbul edilmiş Rusiyaya qarşı sanksiyalarla bağlı qanun layihəsini imzalayıb və bu qanun əlavə məhdudiyyətlərin tətbiqi sahəsində onun səlahiyyətlərini genişləndirir.

Tramp bildirib ki, zərurət olduqda bu səlahiyyətlərdən istifadə edəcək və qanun Rusiyaya qarşı məhdudiyyətlərin sərtləşdirilməsinə yönəlib.

Oxşar xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva Nyu-Yorkda sərgidə iştirak ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər