ABŞ Serbiya ilə strateji tərəfdaşlığı dərinləşdirmək istəyir
ABŞ dövlət katibi Marko Rubio Serbiyaya səfər etməyə ümid etdiyini və Vaşinqtonun Belqradla strateji tərəfdaşlığı dərinləşdirmək istədiyini bildirib.
"Far.Az"un Balkan bürosu Serbiya mətbuatına istinadən xəbər verir ki, Rubio bunu Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
"Bu administrasiya dövründə əməkdaşlığımızı inkişaf etdirmək üçün addımlar atmışıq. Bilirəm ki, Dövlət Departamentinin və digər qurumların nümayəndələri artıq Serbiyaya səfər ediblər. Ümid edirəm ki, mənim də Serbiyaya səfər etmək imkanım olacaq", – ABŞ dövlət katibi bildirib.
Rubio qeyd edib ki, ABŞ Serbiya ilə strateji tərəfdaşlığı dərinləşdirmək niyyətindədir.
Onun sözlərinə görə, Vaşinqton bunu iki ölkə arasında yarana biləcək bəzi potensial məsələlərin həlli ilə paralel həyata keçirmək istəyir.
Oxşar xəbərlər
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Leyla Əliyeva və Arzu Əliyeva Nyu-Yorkda sərgidə iştirak ediblər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA - TIR minik maşınının üstünə aşıb
-
Ağdərə rayonunda yerləşən "Dəmirli" Filiz Emalı Kompleksində 1 342 nəfər daimi işlə təmin olunub
-
Luis Silvestr 4 oyunluq cəzalanıb, "İmişli" 10 000 manat cərimələnib
-
Xəzər rayonunda mənzildən 33 min manat oğurlanıb
-
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA - TIR minik maşınının üstünə aşıb - TƏBİB-dən AÇIQLAMA
-
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Yuri Maksimov: "Futbolçuların bir qismini tanıyıram"













