Bakıda qızının nişanlısını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Far.Az xəbər saytı

Bakıda qızının nişanlısını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub


Bakıda qızının nişanlısını qətlə yetirməkdə təqsirləndirilən Firdovsi Hüseynovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nemət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Firdovsi Hüseynov 8 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrum edilib.

Dövlət ittihamçısı təqsirləndirilən Firdovsi Hüseynovun 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

Qeyd edək ki, hadisə bu il fevralın 18-də paytaxt ərazisində baş verib. Məlumata görə, Firdovsi Hüseynov qızının nişanlısı Rəşad Hüseynovun qızına nalayiq sözlər dediyini əsas gətirərək, evdən bıçaq götürüb və onunla yaşadığı evin həyətində mübahisə edib. Yaranan münaqişə zəminində Firdovsi Hüseynov bıçaqla Rəşad Hüseynovun sinəsinə zərbə endirib və ona ağır bədən xəsarəti yetirib.

Xəstəxanaya çatdırılan Rəşad Hüseynov 40 gün sonra müalicə aldığı müəssisədə vəfat edib.

Faktla bağlı cinayət işi başladılıb, Firdovsi Hüseynova Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan olunub.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Qriqori Lepsdən tamaşaçılara NALAYİQ SÖZLƏR
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə keçirilib
Lənkəranda qandonduran HADİSƏ – Ana isti qaşıqla 3 yaşlı qızının qolunu DAĞLADI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər