Azərbaycanda Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib
Far.Az xəbər saytı

Azərbaycanda Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib


Azərbaycanda məhkəmə ekspertizası sahəsində ekspertizaların aparılması zamanı istifadə olunan tədqiqat metodları barədə məlumatların sistemləşdirilməsi və əldə olunmasının təmin edilməsi istiqamətində görülən işlər çərçivəsində Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib.

Bu barədə "Report"a Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri məhkəmə ekspertizası tədqiqatlarının həyata keçirilməsi zamanı tətbiq edilən tədqiqat metodları barədə məlumatların toplanmasını, uçotunun aparılmasını, sistemləşdirilməsini, aktuallığının təmin edilməsini və istifadəyə açıq olan məlumatların ictimaiyyətə təqdim edilməsini təmin edən elektron informasiya resursudur. Dövlət Reyestri Ədliyyə Nazirliyi tərəfindən formalaşdırılır, aparılır və idarə olunur.

Reyestrin aparılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 iyun tarixli 227 nömrəli qərarı ilə təsdiq edilmiş "Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestrinin aparılması və yeni metodların həmin Reyestrə daxil edilməsi Qaydaları" ilə tənzimlənir.

Hazırda Reyestr fəaliyyət göstərir və Ədliyyə Nazirliyinin (www.justice.gov.az), eləcə də Nazirliyin Məhkəmə Ekspertizası Mərkəzinin rəsmi internet səhifələrində (www.expert.gov.az) yerləşdirilib.

Reyestrin məlumat bazası Ədliyyə Nazirliyi ilə yanaşı, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi və Müdafiə Nazirliyinin müvafiq ekspertiza idarələrində aparılan tədqiqatlara dair məlumatlar əsasında formalaşdırılır.

Reyestrdə tədqiqat metodunun adı, aid olduğu məhkəmə ekspertizası sahəsi, metodu təqdim edən məhkəmə ekspertizası idarəsinin, habelə qurumun adı və hüquqi ünvanı, tədqiqat metodunun pasportu, metodun Dövlət Reyestrinə daxil edildiyi tarix və qeydiyyat nömrəsi ilə bağlı digər məlumatlar əks olunur. Bu isə məhkəmə ekspertlərinin ekspertiza zamanı Reyestrə daxil edilmiş tədqiqat metodlarından istifadə etməsinə, məhkəmə ekspertizası tədqiqatlarının müəyyən edilmiş qaydalara və qanunvericiliyin tələblərinə uyğun aparılmasına imkan yaradır.

Reyestrin istifadəyə verilməsi məhkəmə ekspertizası tədqiqatları zamanı tətbiq olunan metodlar barədə məlumatların vahid bazada toplanmasına və bu metodların sistemləşdirilmiş şəkildə tətbiqinin təmin edilməsinə xidmət edir.

Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri ilə linkə keçid edərək tanış olmaq mümkündür.

Paylaş

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər