Qarabağın bu bölgəsində fərdi evlər TİKİLƏCƏK - 49,6 milyonluq LAYİHƏ
Far.Az xəbər saytı

Qarabağın bu bölgəsində fərdi evlər TİKİLƏCƏK - 49,6 milyonluq LAYİHƏ


Laçın rayonunun Qorçu qəsəbəsində fərdi yaşayış evlərinin tikintisi ilə bağlı irimiqyaslı layihəyə başlanılır.

Far.Az-in məlumatına görə, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən həyata keçiriləcək layihənin ehtimal olunan dəyəri 49 milyon 595 min manat təşkil edir.

Qorçu qəsəbəsinin tikintisi (I mərhələ) (Fərdi yaşayış evləri) layihəsi çərçivəsində fərdi yaşayış evlərinin inşası ilə yanaşı, ərazidə ilkin tikinti və torpaq işlərinin aparılması nəzərdə tutulur.

Layihənin həyata keçirilməsi ilə Qorçu qəsəbəsində yeni fərdi yaşayış fondunun yaradılması və ərazinin yaşayış üçün hazırlanması istiqamətində işlərin aparılması planlaşdırılır.

Oxşar xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Vidadi Zeynalovun MİLYONLUQ əmlakları hərraca çıxarılır
Xocalının Təzəbinə kəndində ailələrə evlərinin açarları təqdim olunub
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər