Almaniyanın "Berlin-Brandenburq" aeroportunda yeni dron aşkarlama sistemi tətbiq edilib
Far.Az xəbər saytı

Almaniyanın "Berlin-Brandenburq" aeroportunda yeni dron aşkarlama sistemi tətbiq edilib


Almaniyanın "Berlin-Brandenburq" hava limanında pilotsuz uçuş aparatlarını (PUA) ilkin mərhələlərdə qeydə almağa və hava hərəkəti üçün mümkün təhlükələr barədə xidmətləri məlumatlandırmağa imkan verəcək yeni dron aşkarlama sistemi tətbiq edilib.

"Far.Az" xəbər verir ki, bu barədə yerli media Almaniyanın Hava Hərəkətinə Nəzarət Xidmətinin məlumatlarına istinadən məlumat yayıb

Almaniyanın nəqliyyat naziri Şteffen Bilger bildirib ki, məqsəd mümkün təhlükələrin öhdəsindən daha yaxşı gəlməkdir.

"Biz hava limanlarının ətrafında dronların yaratdığı artan təhlükəyə çox ciddi yanaşırıq. Buna görə də sürətlə tədbirlər görməyimiz vacib idi, elə məhz buna görə də beynəlxalq mülki hava limanları dronların aşkarlanması üçün avadanlıqlarla təchiz edilir", – o qeyd edib.

Oxşar xəbərlər

FHN Qəbələ aeroportunda təlim keçirib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
Tuapsedə PUA hücumundan sonra "qara yağış" canlılara ZƏRƏR VURUB
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər