Moldovanın hava məkanı ikinci PUA-ya görə qismən bağlanıb - YENİLƏNİB
Far.Az xəbər saytı

Moldovanın hava məkanı ikinci PUA-ya görə qismən bağlanıb - YENİLƏNİB


Moldova ərazisində daha bir pilotsuz uçuş aparatı (PUA) görünüb, hakimiyyət orqanları bu səbəbdən də ölkənin şimal və mərkəzi hissələrində hava məkanını bağlayıblar.

"Far.Az" xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin sosial şəbəkələrdəki məlumatında qeyd edilib.

Daha sonra PUA-nın ölkənin şimal bölgəsi istiqamətində hərəkət etdiyi məlum olub, buna görə də mərkəzi bölgədə hava məkanı açılıb.

Pilotsuz uçuş aparatı (PUA) Moldova hava məkanından keçib, daha sonra Aneniy-Noy rayonunun Qırbovets kəndindən kənarda yerə düşərək partlayıb.

"Far.Az" xəbər verir ki, bu barədə Baş Polis Müfəttişliyinin sosial şəbəkələrdəki məlumatında bildirilib.

İlkin məlumatlara görə, ölən yoxdur.

Ərazi mühasirəyə alınıb, hadisə yerində polisin ixtisaslaşmış bölmələri fəaliyyət göstərir. Ekspertlər hadisənin bütün təfərrüatlarını aydınlaşdıracaqlar.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
Hava Hücumundan Müdafiə bölmələri üçün 20-yə yaxın yeni hərbi obyekt istifadəyə verilib
İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər