Azərbaycanda 2 istehsal obyektində aksizli mallara dair pozuntular aşkarlanıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti aksizli malların dövriyyəsinə nəzarət tədbirləri çərçivəsində Bakı şəhərinin Suraxanı rayonunda və Abşeron rayonunda fəaliyyət göstərən təsərrüfat subyektlərində aksizli malların dövriyyəsi ilə bağlı nöqsanlar müəyyən edib.
Far.Az bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi 14 ünvanında Fərəcov Pünhan Arif oğlunun fəaliyyət göstərdiyi təsərrüfat subyektində keçirilmiş vergi nəzarəti zamanı aksiz markası ilə markalanmamış ümumi həcmi 5 695 litr olan 165 ədəd pivə çəlləyi aşkar edilib. Bundan əlavə, Abşeron rayonunda Hüseynov Mehrac Qurban oğlunun fəaliyyət göstərdiyi obyektdə aksiz markası düzgün tətbiq edilməyən və təkrar istifadə edildiyi müəyyənləşdirilən ümumi həcmi 890 litr olan 27 ədəd pivə çəlləyi aşkarlanıb. Pivə çəlləkləri müəyyən edilmiş qaydada siyahıya alınaraq müvafiq akt və protokollarla rəsmiləşdirilməklə götürülüb. Hazırda hər iki fakt üzrə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq rəsmiləşdirmə işləri həyata keçirilir.
Dövlət Vergi Xidməti aksizli malların dövriyyəsi sahəsində vergi nəzarətinin gücləndirilməsi, o cümlədən aksiz markalarının tətbiqi qaydalarına nəzarətin təmin olunması və qanunvericiliyin tələblərinə riayət olunması istiqamətində tədbirləri davam etdirir.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda 57 ticarət obyektində aksizli mallarla bağlı pozuntular aşkarlanıb
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə keçirilib
Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına dair müşavirə keçirilib
Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
UEFA rəhbəri İnfantinonu istefa verməyə çağırıb
-
Mərc oyunlarından milyon qazanan biznesmen müflis oldu - İndi taksi sürür
-
Qazaxıstanla Almaniya Avropaya neft və qaz tədarükü üzrə əməkdaşlıq edəcək
-
Tomas Müller ABŞ klubu ilə müqaviləsinin müddətini uzadıb
-
Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb
-
Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının katibinin görüşü olub













