Qarabağ və Şərqi Zəngəzura həsr edilmiş "Sabaha doğru" sənədli filmi təqdim olunub
Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri və "Böyük Qayıdış" prosesinə həsr olunmuş "Sabaha doğru" sənədli filminin "CineMastercard" kinoteatrında təqdimatı keçirilib.
"Far.Az" xəbər verir ki, film "Azərbaycan Jurnalistlər Şəbəkəsi" İB tərəfindən təqdim olunub.
Filmin ssenari müəllifi Ayaz Mirzəyev bildirib ki, "Şəhərsalma və Arxitektura İli" çərçivəsində hazırlanan filmdə Qarabağ və Şərqi Zəngəzurun bərpası, insanların doğma yurdlarına qayıdışı və burada qurulan yeni həyat insan hekayələri üzərindən təqdim edilir.
Filmdə yerli sakinlərin təəssüratları ilə yanaşı, müasir memarlıq üslubunda salınan və insan yönümlü prinsiplərə əsaslanan yeni yaşayış məntəqələri də nümayiş olunur.
Sənədli filmin çəkilişləri Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Laçın, Şuşa, Xankəndi, Xocalı və Zəngilanda aparılıb.
Filmin ssenari müəllifi Ayaz Mirzəyev, rejissoru Zəka Qulu, operatoru Emin Hüseynov, montaj üzrə mütəxəssisi isə Elmar Tarıyeloğludur.
"Sabaha doğru" sənədli filmi "Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma və gələcəyin şəhərləri" layihəsi çərçivəsində istehsal olunub. Layihə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilib.
Oxşar xəbərlər
İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimatında iştirak edib
Arzu Əliyeva "Harmoniya" sənədli filminin təqdimatında iştirak edib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
UEFA rəhbəri İnfantinonu istefa verməyə çağırıb
-
Mərc oyunlarından milyon qazanan biznesmen müflis oldu - İndi taksi sürür
-
"Azəralüminium" ixrac gəlirlərini 58 %-ə yaxın artırıb
-
"Azərkosmos" "Platerra" süni intellekt əsaslı platformasını istifadəyə verib
-
Qazaxıstanla Almaniya Avropaya neft və qaz tədarükü üzrə əməkdaşlıq edəcək
-
Tomas Müller ABŞ klubu ilə müqaviləsinin müddətini uzadıb













