Fariz İsmayılzadə: Təhsil sistemi cəmiyyətdəki texnoloji dəyişikliklərdən geri qalır
Təhsil sistemi cəmiyyətdəki texnoloji dəyişikliklərdən geri qalır.
"Far.Az" xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Fariz İsmayılzadə Bakıda keçirilən CAMCA 2026 Regional Forumu çərçivəsində təşkil olunmuş panel müzakirəsində bildirib.
O vurğulayıb ki, təhsil sisteminin qarşısında üç əsas problem dayanır.
Birincisi - əmək bazarında tələb olunan mütəxəssislərin hazırlığını necə təmin etməkdir.
İkinci çağırış olaraq deputat texnologiyaların sürətli inkişafını və onların, xüsusən də süni intellekt texnologiyalarının təhsil prosesinə inteqrasiyasını qeyd edib.
"Bu gün süni intellekt bir çox prosesləri - imtahanların formatını, biliklərin qiymətləndirilməsi, tədris prosesini dəyişir. O, müəyyən çağırışlar yaradır, lakin eyni zamanda potensial olaraq yeni imkanlar açır", - İsmayılzadə deyib.
O, həmçinin böyük verilənlər və süni intellekt daxil olmaqla yeni texnologiyaların səmərəli tətbiqinin, eləcə də təhsil prosesində kibertəhlükəsizliyin təmin edilməsinin vacibliyini vurğulayıb.
Deputatın sözlərinə görə, üçüncü çağırış qloballaşma və qərbləşmə şəraitində milli kimliyin, mədəniyyətin və dilin qorunub saxlanılmasıdır.
O, həmçinin qeyd edib ki, gənc nəsil ingilis dilində sərbəst danışa bilər, lakin bununla belə öz mədəniyyətini kifayət qədər yaxşı bilməyə bilər.
Oxşar xəbərlər
Zakir Həsənov Əlahiddə Ümumqoşun Ordunun döyüş hazırlığını yoxlayıb
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Green Energy Corridor Power Company"ə yeni rəhbər təyin olunub
-
Türkiyə MMN "X"də Azərbaycanda keçirilən hərbi təlimdən videoçarx paylaşıb
-
Azərbaycanda toyda kütləvi zəhərlənmə
-
Slovakiya və Azərbaycan müdafiə sənayesində yeni razılaşmaları müzakirə edir - EKSKLÜZİV
-
Xorvatiya və Azərbaycan iqtisadi tərəfdaşlığı konkret layihələrə çevirmək niyyətindədir
-
Zığ şosesində yük maşını aşdı: Yol bağlandı













