Ərdoğan: Bu gün dostlarının etimad bəslədiyi Türkiyə var
Far.Az xəbər saytı

Ərdoğan: Bu gün dostlarının etimad bəslədiyi Türkiyə var


Bu gün keçmişlə müqayisədə daha güclü Türkiyə dövləti var. Bu gün gələcəyinə keçmişlə müqayisədə daha böyük ümidlə baxan, ətrafına inam aşılayan, dostlarının etimad bəslədiyi Türkiyə Respublikası var.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamasında deyib.

"Ən önəmlisi isə budur ki, bu gün daxilində min illik qardaşlıq hüququnu yenidən bərpa edən, xaricdə qonşuları ilə yenidən qucaqlaşan Türkiyə Respublikası var. Biz böyük düşünən, böyük addımlar atan, böyük hədəflər müəyyənləşdirərək həmin hədəflərə əzmlə irəliləyən bir dövlətik. Allahın izni ilə bu yolun sonuna qədər səbrlə gedəcəyik", - deyə o əlavə edib.

Oxşar xəbərlər

Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Rəcəb Tayyib Ərdoğan 10-cu dəfə baba oldu
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Bişkekdə İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər