İran Məkkə sazişi ölkələrini husilərlə siyasi dialoq qurmağı təklif edib
Far.Az xəbər saytı

İran Məkkə sazişi ölkələrini husilərlə siyasi dialoq qurmağı təklif edib


İran Yəmən husiləri ilə siyasi qarşılıqlı fəaliyyət imkanını nəzərdən keçirməyi təklif edib.

"Far.Az" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri İshaq Dar İslamabadda keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, təklif gələn həftə Ər-Riyadda Məkkə sazişi komitəsinin təcili iclasında nəzərdən keçiriləcək. Müzakirədə Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan iştirak edəcək.

İ.Dar qeyd edib ki, İran tərəfindən hələlik yazılı təklif yoxdur.

Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan avqustun 7-də Məkkə sazişini imzalayıb. Sənədə əsasən, ölkələrdən birinə edilən silahlı hücum hər üç ölkəyə qarşı hücum kimi qiymətləndiriləcək.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər