Azərbaycanın sənətkarlıq ənənələri "CraftIstanbul" sərgisində təqdim olunur
Far.Az xəbər saytı

Azərbaycanın sənətkarlıq ənənələri "CraftIstanbul" sərgisində təqdim olunur


Azərbaycanlı sənətkarlar Türkiyənin İstanbul şəhərində keçirilən "CraftIstanbul" 7-ci Beynəlxalq Əl Sənətləri və Dizayn Sərgisində iştirak edirlər.

Bu barədə "Far.Az"a Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bildirilib ki, sərgi Azərbaycan Turizm Bürosunun (ATB) Türkiyədəki rəsmi nümayəndəlik ofisinin və Azərbaycanın İstanbul şəhərindəki Baş Konsulluğunun təşkilatçılığı ilə baş tutur.

Oktyabrın 1-4-nü əhatə edən sərgidə azərbaycanlı sənətkarlardan Mətanət Mirzəliyeva ənənəvi ipək kəlağayı nümunələrini, Səməni Qasımova isə kilim nümunələrini təqdim edir. Onlar ziyarətçiləri bu sənətlərin arxasındakı ustalıq və hekayələrlə tanış edirlər. Əl işləri Azərbaycanın nəsildən-nəslə ötürülən, bu gün də yaşadılan sənətkarlıq ənənələrinə yaxından nəzər salmaq imkanı yaradır.

Ziyarətçilər təqdim olunan nümunələr və onları hazırlayan sənətkarlar vasitəsilə kəlağayının, kilimlərin hazırlanma texnikaları, eləcə də bu sənətlərə özünəməxsusluq verən mədəni ənənələr haqqında məlumat əldə edirlər. Təqdimatın mərkəzində irsi yaşadan insanlar və onların əməyi dayanıb. Bu yanaşma ənənəvi sənətkarlığın Azərbaycanın bugünkü mədəni həyatındakı yerini göstərir.

Qeyd edək ki, Türkiyənin əl sənətləri, dizayn və mədəni irs sahəsində aparıcı beynəlxalq platformalarından biri olan "CraftIstanbul"un 7-ci sərgisi 220 sərgi iştirakçısını, 600-dən çox sənətkar və dizayneri, eləcə də 50 beynəlxalq iştirakçını bir araya gətirir. Dörd gün ərzində sərgidə 150-yə yaxın seminar və müxtəlif fəaliyyət təşkil olunacaq. Tədbir 30 mindən çox ziyarətçi qəbul edir.

Oxşar xəbərlər

Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Leyla Əliyeva Türkmənistan milli mətbəxinə həsr olunan sərgidə iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər