Toya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu
Far.Az xəbər saytı

Toya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu


Ucar rayon sakini toya pul yazdırmaq üçün qonşusunun evini qarət edib.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Şilyan kəndində baş verib.

Kənd sakini, 1992-ci il təvəllüdlü Cəbi Qarayevi (adı və soyadı şərtidir) qonşusu Əfqan qızının toyuna çağırıb. O, həyat yoldaşı ilə birlikdə toya getmək istəsə də, pulu olmayıb. O, bir neçə gün əvvəl övladına kiçik toy edən digər qonşusu Elşənin evinə gedib və onun evdə olub-olmadığını dəqiqləşdirib. O, Elşəngilin də toyda olmasından istifadə edərək, onun evinə daxil olub, axtarışlara başlayıb. Axtarış zamanı o, evdə su balonunun içərisində 1 100 manat pul aşkarlayıb. Cəbi pulun 600 manatını götürsə də, 500 manatını yerində saxlayıb və hadisə yerini tərk edib. Cəbi evinə gələrək həyat yoldaşını da götürüb toya gedib. O, məclisdə iştirak edərək, toya 100 manat yazdırıb.

Toyun səhəri gün Elşən evində olan balonun içindəki pulun az olduğunu görüb, əsginasları sayıb. Məlum olub ki, pulun 600 manatı yoxdur. Ailə üzvlərindən soruşsa da, onların pul götürmədiyini bilib və polisə məlumat verib. Polis əməkdaşlarının keçirdikləri əməliyyatla hadisənin C.Qarayev tərəfindən törədildiyi məlum olub. Araşdırmalarla müəyyən edilib ki, C.Qarayev rayon ərazisində bütün toy məclislərinə 30 manat yazdırdığı halda, Əfqanın qızının toyuna 100 manat verib. Keçirilən tədbirlərlə C.Qarayev saxlanılıb və cinayəti etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib. Məhkəmə prosesində zərərçəkmişə dəymiş ziyan ödənilib və tərəflər arasında barışıq elan olunub. Məhkəmənin qərarı ilə Cəbi Qarayevə 1 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası verilib.

Oxşar xəbərlər

Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər