DCO Azərbaycan startaplarının beynəlxalq bazarlara çıxışına dəstək göstərməyə hazırdır
Rəqəmsal Əməkdaşlıq Təşkilatı (DCO) beynəlxalq investisiyaların cəlb edilməsi və təşkilata üzv dövlətlərin bazarlarına çıxış daxil olmaqla, Azərbaycan startaplarını dəstəkləmək üçün xüsusi mexanizmlərin işə salınması imkanlarını öyrənməyə hazırdır.
Bu barədə "Far.Az"a müsahibəsində DCO-nun baş katibi Dima Əl-Yahya bildirib.
"İnnovatorların investisiyalara və yeni bazarlara çıxış əldə etməsinə dəstək olmaq artıq işimizin mühüm hissəsidir", - o qeyd edib.
Baş katibin sözlərinə görə, DCO üzv dövlətlərdə startaplar və texnoloji şirkətlər üçün imkanlar yaradan bir sıra təşəbbüslər həyata keçirir: "O, xüsusilə hər bir ölkənin iqtisadiyyatına, investisiya mühitinə və milli prioritetlərinə uyğunlaşdırılan "Digital FDI Initiative" təşəbbüsünü vurğulayıb".
Əl-Yahya bildirib ki, belə bir yanaşma artıq Pakistanda öz potensialını nümayiş etdirib: "Belə ki, Pakistanda "Digital FDI" çərçivəsindəki işimiz 700 milyon dollardan çox məbləğdə investisiya imkanları portfelinin formalaşmasına kömək edib. Eyni zamanda, yerli şirkətlər ilə beynəlxalq investorlar arasında əlaqələrin qurulması və ümumilikdə investisiya mühitinin gücləndirilməsi üçün praktiki tədbirləri müəyyən edib.
Azərbaycanla bağlı isə bu imkanların ölkənin startaplarını ən yaxşı şəkildə necə dəstəkləyə biləcəyini - beynəlxalq investisiyaların cəlb edilməsi və investorlarla əlaqələrin qurulmasından tutmuş DCO-ya üzv dövlətlərin bazarlarına çıxışa qədər öyrənə bilərik".
O vurğulayıb ki, konkret dəstək modeli sahibkarların ehtiyacları və hökumətin prioritetləri nəzərə alınmaqla Azərbaycanla birlikdə işlənib hazırlanmalıdır: "Məqsədimiz azərbaycanlı innovatorların bizneslərini ölkə hüdudlarından kənarda genişləndirmək üçün lazım olan kapitala, tərəfdaşlıqlara və bazarlara çıxış əldə etməsinə töhfə verməkdir".
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.
Oxşar xəbərlər
Dima Əl-Yahya: "DCO-nun məqsədi Azərbaycanın coğrafiyasını rəqəmsal üstünlüyə çevirməkdir" - MÜSAHİBƏ
"MiniBoss Business School"un Startaplar üzrə Milli Çempionatınınən yaxşı layihələri müəyyənləşdi
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
DCO-nun baş katibi təşkilatın Azərbaycanla əməkdaşlıq planları barədə danışıb
İİB Qrupuna aid startaplar üçün keçirilən müsabiqənin qalibləri açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Albaniyada 127 gündür, etirazlar davam edir
-
UEFA Millətlər Liqasında IV turun növbəti oyunları keçirilib
-
Jezuş Ronaldonu Portuqaliya millisinə qaytarmağa hazır olduğunu bildirib
-
Braziliyada prezident seçkilərində səsvermə başa çatıb - YENİLƏNİB
-
Messinin Argentina millisində son oyunu bəlli oldu
-
Atası ilə son danışığından üç gün sonra şəhid oldu: Fərid Məmmədzadənin həyat hekayəsi













