AQC:  Bakıda köhnə tikili mənzillərin qiyməti ötən ay 11 %-ə yaxın artıb
Far.Az xəbər saytı

AQC: Bakıda köhnə tikili mənzillərin qiyməti ötən ay 11 %-ə yaxın artıb


Bu ilin sentyabr ayında Bakı şəhərində köhnə tikili mənzillərin qiyməti ötən ilin eyni ayı ilə müqayisədə orta hesabla 10,6 % artıb.

"Report" bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinə (AQC) istinadən xəbər verir.

Məlumata görə, ötən ay paytaxtın rayonları arasında ən yüksək qiymət artımı Səbaildə qeydə alınıb – 20,1 %, Yasamalda qiymətlər 19,5 %, Nəsimidə – 15,6 %, Nərimanovda isə 13,7 % yüksəlib.

Xətai rayonunda bahalaşma 12,4 %, Suraxanıda 11,6 %, Sabunçuda isə 10,9 % olub.

Nisbətən aşağı artım Binəqədidə (6,8 %), Xəzərdə (6,2 %), Qaradağda (5,2 %) və Pirallahıda (5,1 %) olub.

Avqusta nisbətən isə Bakıda köhnə tikili mənzillər 0,9 % bahalaşıb. Bu artım seqmentdə qiymətlərin digər əmlak kateqoriyaları ilə müqayisədə daha sabit dəyişdiyini göstərir.

Ən yüksək qiymət artımı yenə də Səbaildə qeydə alınıb – 1,6 %. Yasamalda qiymətlər 1,6 %, Nəsimidə 1,25 %, Nərimanovda isə 1,1 % yüksəlib.

Nizami rayonunda bahalaşma 0,6 %, Xətaidə 1 %, Binəqədidə 0,55 % təşkil edib.

Nisbətən aşağı artım Sabunçuda (0,9 %), Suraxanıda (0,8 %), Xəzərdə (0,5 %), Qaradağda (0,4 %) və Pirallahıda (0,4 %) müşahidə olunub.

Bakının daşınmaz əmlak bazarında qiymət dəyişiklikləri əmlakın növündən, yerləşdiyi rayondan, bazardakı tələb və təklifdən, ərazinin xüsusiyyətlərindən və alıcı davranışından asılı olaraq fərqlənib.

AQC qiymətləndirmə zamanı bazar qiymətlərinin təhlili, əvvəlki dövrlərlə müqayisələr, rayonlar üzrə qiymət fərqləri, bazar iştirakçılarının və ekspertlərin rəyləri, sorğu nəticələri, eləcə də tələb-təklif dinamikasını nəzərə alıb. Rayonlar üzrə göstəricilərin hesablanmasında ərazilərin bazardakı çəkisi və əhali amili də nəzərə alınıb.

Oxşar xəbərlər

Bakının mənzil bazarında 2 ayın mənzərəsi: qiymətlər sabit tempdə artır - ARAŞDIRMA
Leyla Əliyeva Qaradağda yeni parkın açılışında iştirak edib
Bakıda bu il təməldən tikilinin 19 %, torpağın 15 % bahalaşacağı gözlənilir
Bakıda bu il təməldən tikilinin 17 %, torpağın 15 % bahalaşacağı gözlənilir
Bakıda mənzillərin kirayə qiymətləri ARTIB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər