Astanada süni intellekt dövründə həmkarlar ittifaqlarının roluna dair beynəlxalq forum keçirilib
Qazaxıstanın paytaxtı Astana şəhərində "Süni intellekt dövründə rəqəmsal transformasiya, həmkarlar ittifaqlarının rolu və əmək hüquqlarının müdafiəsi" mövzusunda beynəlxalq forum təşkil olunub.
"Far.Az" xəbər verir ki, Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə Beynəlxalq Əmək Təşkilatının və Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələri, bir sıra ölkələrin həmkarlar ittifaqlarının rəhbərləri iştirak ediblər.
Tədbirdə qlobal əmək bazarında mövcud vəziyyət, məşğulluğun yeni formaları, peşə hazırlığı, süni intellekt dövründə işçilərin əmək hüquqları və sosial müdafiəsi, dəyişən əmək şəraitində həmkarlar ittifaqlarının rolu müzakirə olunub.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov forum çərçivəsində təşkil olunan "Avtomatlaşdırma və məşğulluq. Ədalətli keçid" panel sessiyasında çıxış edərək rəqəmsal transformasiya prosesində insan amilinin önəmini, işçilərin əmək hüquqlarının və sosial müdafiəsinin vacibliyini diqqətə çatdırıb. Qeyd olunub ki, texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar insanların daha səmərəli, təhlükəsiz və layiqli şəraitdə işləməsinə xidmət etməlidir.
Konfederasiya sədri bildirib ki, Azərbaycanda rəqəmsal və yaşıl transformasiyanın yaratdığı çağırışlara uyğun olaraq, işçilərin peşəkar inkişafı, yeni bacarıqların formalaşdırılması istiqamətində sistemli tədbirlər görülür və bu mühüm məsələ daim dövlətimizin başçısının diqqət mərkəzindədir. Vurğulanıb ki, "Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası" qəbul edilib. Strategiyanın həyata keçirilməsi, ölkədə rəqəmsallaşma, innovasiya və süni intellekt sahələrinə idarəetmə və nəzarəti təşkil etmək məqsədilə Birinci vitse-prezidentin rəhbərliyi ilə Rəqəmsal İnkişaf Şurası yaradılıb.
Tədbirdə süni intellekt dövründə həmkarlar ittifaqlarının qarşısında duran yeni vəzifələr, əmək münasibətlərində rəqəmsal transformasiyanın yaratdığı dəyişikliklər, həmkarlar ittifaqlarının bu prosesdə iştirakı və bu istiqamətdə beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələləri barədə fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə keçirilən minifutbol turniri başa çatıb
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Novruz və Ramazanla bağlı bayram tədbirləri
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Deputat: Azərbaycanın suverenliyi heç vaxt müzakirə mövzusu ola bilməz
-
İrançılıq düşüncəsinin paradoksları
-
Lerikdə Hamarmeşə–Bibiyani yolu yenidən qurulur
-
İcra hakimiyyətindəki korrupsiya işində yeni qərar: Sabiq məmura cəza verildi
-
Azərbaycan və Qazaxıstan yeni rəqəmsal marşrutu bu ay istifadəyə verməyi planlaşdırır
-
Tramp: Ukraynadakı müharibə sona yaxınlaşır













