"YouTube"un son 3 ayda Azərbaycandakı bazar payı 3 dəfədən çox azalıb
Bu ilin sentyabr ayında Azərbaycanın sosial media bazarının bütün platformalarında (kompüter, mobil cihazlar və planşetlərdə) "Facebook"un bazar payı 37,26 % təşkil edib.
"Far.Az"un "Statcounter" agentliyinin hesabatına istinadən verdiyi xəbərə görə, bu, avqust ayına nisbətən 9,61 faiz bəndi, 2025-ci ilin sentyabr ayının göstəricisi ilə müqayisədə 4,56 faiz bəndi çoxdur.
İkinci pillədə qərarlaşan "YouTube"un bazar payı ay ərzində 7,71 faiz bəndi az, il ərzində isə 8,23 faiz bəndi azalaraq 21,56 % təşkil edib. Sosial şəbəkənin bazar payı ardıcıl olaraq üçüncü aydır azalır (iyul-sentyabr aylarında azalma 3,4 dəfə təşkil edib).
Növbəti yerdəki "Instagram"ın bazar payı ay ərzində 1,3 faiz bəndi artaraq, illik isə 7,99 faiz bəndi azalaraq 12,32 % təşkil edib.
Dördüncü pillədəki "X"in bazar payı aylıq 0,72 faiz bəndi azalaraq, illik müqayisədə isə 12,23 faiz bəndi artaraq 11,02 % təşkil edib.
İlk beşliyi 7,69 %-lik bazar payı ilə "LinkedIn" qapayır. Sosial şəbəkənin bazar payı avqustda 1,93 faiz bəndi, il ərzində isə 0,6 faiz bəndi artıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycanda "Chrome"un bazar payı iki ayda 8 %-dən çox azalıb
"Safari"nin Azərbaycandakı bazar payı 3 ayda 2 dəfədən çox azalıb
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
Azərbaycanda planşetlərdə "Chrome"un payı 18 % azalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Deputat: Azərbaycanın suverenliyi heç vaxt müzakirə mövzusu ola bilməz
-
İrançılıq düşüncəsinin paradoksları
-
Lerikdə Hamarmeşə–Bibiyani yolu yenidən qurulur
-
İcra hakimiyyətindəki korrupsiya işində yeni qərar: Sabiq məmura cəza verildi
-
Azərbaycan və Qazaxıstan yeni rəqəmsal marşrutu bu ay istifadəyə verməyi planlaşdırır
-
Tramp: Ukraynadakı müharibə sona yaxınlaşır













