Vətən müharibəsi qazisi: "Döyüşün taleyini həll edən silah deyil"
Far.Az xəbər saytı

Vətən müharibəsi qazisi: "Döyüşün taleyini həll edən silah deyil"


Vətən müharibəsi qazisi Aslan Şərifovun döyüş yolu 2020-ci ildən daha əvvəl başlayıb. Xüsusi təyinatlı kimi xidmət edən hərbçi 2016-cı ilin Aprel döyüşlərində də iştirak edib.

2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda Aslan Şərifov yenidən ön cəbhədə olub.

O, döyüşlərə Füzuli istiqamətindən başlayıb, daha sonra Cəbrayıl istiqamətində qarşıya qoyulan döyüş tapşırıqlarının yerinə yetirilməsində iştirak edib.

Aslan Şərifov döyüşlərin birində mövqe dəyişərkən düşmən snayperinin açdığı atəş nəticəsində sağ qolundan yaralanıb.

"Şaqqıltı səsi gəldi. Bölmə komandiri soruşdu ki, nə oldu? Dedim, heç nə, qolum qırıldı. Bu müharibənin öhdəsindən gəlməyimiz mənim üçün qürurdur. Hər dövlətin silahı, tankı, topu ola bilər. Döyüşün taleyini həll edən silah deyil", - deyə Vətən müharibəsi qazisi sözlərinə əlavə edib.

Aslan Şərifov "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Döyüşdə fərqlənməyə görə", "Hərbi xidmətlərə görə", "İgidliyə görə", "Vətən müharibəsi iştirakçısı" və "Şücaətə görə" medalları ilə təltif olunub.

Oxşar xəbərlər

44 günlük Vətən müharibəsi: Azərbaycanın ərazi bütövlüyünün bərpasına gedən yol
Vətən müharibəsinin başlamasından 4 il ötür
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər