Lerikdə iki qəzada üç nəfər ağır xəsarət alıb
Far.Az xəbər saytı

Lerikdə iki qəzada üç nəfər ağır xəsarət alıb


Lerikdə iki qəzada üç nəfər ağır xəsarət alıb.

"Far.Az"un Cənub bürosunun məlumatına görə qəzalardan biri Lerik-Zuvand yolunun Blabənd kəndi ərazisində baş verib.

Belə ki, Sadiq Novruzovun idarə etdiyi "VAZ-2121 (Niva) markalı nəqliyyat vasitəsi hərəkətdə olarkən "UAZ" markalı nəqliyyat vasitəsi ilə toqquşub. Qəza nəticəsində "Niva" markalı nəqliyyat vasitəsində olan 3 nəfər xəsarət alıb. Xəsarət alanlardan biri Lerik rayonunun Pirəsora kənd sakini 1963-cü il təvəllüdlü Fədail Bəbir oğlu Bağırov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. O, ilkin tibbi müdaxilədən sonra reanimasiya şöbəsinə yerləşdirilib (digər iki nəfərin xəsarəti yüngül olub).

Digər yol qəzası Lənkəran-Lerik magistralının 39-cu km-də qeydə alınıb. Lerik rayonunun Zenoni kənd sakini 1985-ci il təvəllüdlü Həmid Heybət oğlu Dövlətovun idarə etdiyi "VAZ-2107" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində sürücü və sərnişin - sürücünün həmkəndlisi 1996-cı il təvəllüdlü İsmayıl Maşallah oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi xəstəxanasına çatdırılıblar.

Hər iki fakt üzrə araşdırmalara başlanılıb.

Oxşar xəbərlər

Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
"Yaprak dökümü"nün aktrisası: "Bu ağaca görə iki saat yarım yol getdik"
Bakının mərkəzində sükanı bloklanan maşın ağaca çırpıldı - GÖRÜNTÜLƏR
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Dövlətə məxsus nəqliyyat vasitələri min manatdan başlayan qiymətlərlə satışa çıxarılır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər