Nunyes: Fransada etirazlar başlayandan bəri 6 mindən çox şəxs saxlanılıb
Far.Az xəbər saytı

Nunyes: Fransada etirazlar başlayandan bəri 6 mindən çox şəxs saxlanılıb


Şagirdlərin və məktəb işçilərinin etirazları başlayandan bəri Fransanın hüquq-mühafizə orqanları tərəfindən 6 600-dən çox şəxs saxlanılıb.

"Far.Az" Fransa mediasına istinadən xəbər verir ki, bu barədə respublikanın daxili işlər naziri Loran Nunyes Milli Assambleyada (parlamentin aşağı palatası) çıxışı zamanı bildirib.

"6 629 nəfər saxlanılıb, 761 polis yaralanıb. 215 şagird, eləcə də 89 məktəb işçisi xəsarət alıb", - o deyib.

Daha əvvəl milli təhsil naziri Eduar Jeffre bildirib ki, etiraz aksiyalarındakı iğtişaşlar zamanı məktəb binalarına dəyən ziyan səbəbindən 30 minə yaxın yuxarı sinif şagirdi bir neçə həftə ərzində dərslərdə əyani şəkildə iştirak edə bilməyəcək.

Oxşar xəbərlər

İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Nazir bu müəllimləri təltif edildi - ADLAR
"McDonald"s Azərbaycan" ölkə üzrə şəhid ailələrinin birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər