Bakıda yağış, bəzi ərazilərdə qar yağacaq - PROQNOZ
Noyabrın 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometrologiya Xidmətindən "Report"a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə az çiskinli olacağı, axşam isə arabir yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.
Havanın temperaturu gecə 9-11° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 5-10° isti, gündüz 11-16° isti, dağlarda gecə 0-2° şaxta, gündüz 2-6° isti olacaq.
Oxşar xəbərlər
Bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb
Bakıda duman olacaq, bəzi rayonlara yağış, qar yağacaq, dolu düşəcək - PROQNOZ
Sabah bəzi ərazilərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
STM dövlət orqanlarının kommunikasiya xətlərinin fəaliyyəti ilə bağlı monitorinq keçirib
Sabah yağış yağacaq, külək əsəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək













