Bəzi bölgələrə yağış yağır -  FAKTİKİ HAVA
Far.Az xəbər saytı

Bəzi bölgələrə yağış yağır - FAKTİKİ HAVA


Azərbaycanda noyabrın 26-sı saat 9:00-a olan məlumata əsasən yağıntılı hava şəraiti davam edir.

"Far.Az" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Lənkəran-Astara zonasında 10-30 mm, əksər rayonlarda 7 mm, Bakıda və Abşeron yarımadasında isə 2 mm-dək yağış qeydə alınıb.

Şahdağda isə qar örtüyünün hündürlüyü 1 sm-dir.

Qeyd edilib ki, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Naftalan, Ağstafa, Qax, Zaqatala, Şəki, Altıağac, Quba, Qusar, Qrız, Xaltan, Yevlax, Göyçay, Beyləqan, Lerik, Balakən, Şamaxı, Sumqayıtda duman müşahidə olunub.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 10, Naxçıvan MR-da 12, Aran rayonlarında 10, dağlıq rayonlarda 6 dərəcəyədək isti qeydə alınıb.

Oxşar xəbərlər

Bakıda külək güclənib, bəzi yerlərdə leysan yağır - YENİLƏNİB-2
Yağıntılı hava şəraiti sabah günortaya qədər davam edəcək - YENİLƏNİB
Sentyabr ayının hava proqnozu açıqlanıb
Bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb
Gədəbəy ərazisindən axan Şəmkirçaydan sel keçir - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər