ACF rəsmisi: "Azərbaycan çempionatında bütün regionlardan cüdoçuların iştirakı çox sevindiricidir"
Far.Az xəbər saytı

ACF rəsmisi: "Azərbaycan çempionatında bütün regionlardan cüdoçuların iştirakı çox sevindiricidir"


Azərbaycan çempionatında bütün regionlardan cüdoçuların iştirakı çox sevindiricidir.

"Far.Az" xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının (ACF) birgə təşkilatçılığı ilə həm qadın, həm də kişilər arasında keçirlən ölkə çempionatının açılış mərasimində ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu deyib.

Qurum rəsmisi iştirakçılara uğurlar arzulayıb:

"Bu turnir idmançıların karyerasında potensial dönüş nöqtəsi ola bilər. Onların bu şanslardan maksimim yararlanacağına əminik. Paris olimpiadasındakı nəticələrimiz, ümid edirəm ki, bütün idmançılarımız üçün mənbə rolunu oynayacaq".

Qeyd edək ki, Azərbaycan çempionatı Bakı İdman Sarayında keçirilir. Yarışa dekabrın 1-də yekun vurulacaq.

Oxşar xəbərlər

Cüdo üzrə Azərbaycan çempionatının püşkatma mərasimi keçirilib
Cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib
Qusarda yeni Cüdo Təlim Mərkəzi açılıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycanda cüdo məşqçiliyinin inkişafı ilə bağlı Anlaşma Memorandumu imzalanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər