Azərbaycan Ermənistanın Qarabağdakı müharibə cinayətləri barədə yeni hesabat təqdim edəcək
Ermənistanın Qarabağda işğal dövründə törətdiyi müharibə cinayətləri barədə 10 dekabr Ümumdünya İnsan Hüquqları Günündə yeni hesabat təqdim edəcəyik.
Bunu “Far.Az”un Ankara bürosuna açıqlamasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.
O, həmin tarixdə yeni hesabatla bağlı mətbuata geniş məlumat veriləcəyini qeyd edib.
S.Əliyeva noyabrın 24-də Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) 24-cü sessiyasındakı çıxışında da bu mövzuya diqqət çəkdiyini xatırladıb: “Bizim bütün tədbirlərimizdə əsas mövzu əlbəttə ki, Qarabağdır. İƏT yanındakı Müstəqil Daimi İnsan Hüquqları Komissiyası da bu mövzuda Azərbaycana yaxından dəstək olur. İƏT tərəfindən Xocalı soyqırımı genosid aktı kimi qəbul edilib, Bərdənin ermənilər tərəfindən bombalanmasına kəskin münasibət bildirilib, mütəmadi olaraq müxtəlif qətnamələr, qərarlar qəbul edilib. Birgə hesabatımız da təqdim olunacaq”.
Qeyd edək ki, Səbinə Əliyeva Türk Dünyası Mediatorlar Birliyinin (TDAB) Beynəlxalq Şurasının ilk iclasında iştirak etmək üçün Ankarada səfərdədir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ombudsman Ciddədə İƏT MDİHK-nin 24-cü sessiyası çərçivəsində tematik müzakirələrdə iştirak edib
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Ombudsman İƏT-in Baş katibi ilə görüşdə Azərbaycanda mina probleminin həlində dəstək istəyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda nəhəng ağacın budaqları maşının üzərinə düşdü
-
ABŞ-da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb
-
Ramil Nabran: "İllərin böyük sənətkarları bu gün bayağı ifaçıların kölgəsində qalıblar"
-
76 illik məşhur avtomobil şirkəti istehsalı dayandıra bilər
-
Minneapolis şəhərindəki atışmada azı 2 nəfər ölüb - YENİLƏNİB
-
Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb













