"Araz-Naxçıvan"ın baş məşqçisi: "Hər şey gözlədiyimiz və planlaşdırdığımız kimi keçdi"
Far.Az xəbər saytı

"Araz-Naxçıvan"ın baş məşqçisi: "Hər şey gözlədiyimiz və planlaşdırdığımız kimi keçdi"


Ümumi götürdükdə, hər şey gözlədiyimiz və planlaşdırdığımız kimi keçdi.

"Far.Az" xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev "Mingəçevir"ə qarşı Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

44 yaşlı çalışdırıcı qalib gəldikləri üçün sevincli olduqlarını bildirib:

"Ümumi götürdükdə, hər şey gözlədiyimiz və planlaşdırdığımız kimi keçdi. Daha çox ehtiyatda qalan, çempionat matçlarında az oynamaq şansı qazanan futbolçuları meydana buraxdıq. Heyətimizdə perspektiv vəd edən gənclər var. Sadəcə onlar çox işləməlidir. Kubokda növbəti rəqib barəsində yox, çempionatda həftəsonu qarşılaşacağımız "Səbail"lə görüşü fikirləşirik. Bütün diqqətimizi, həmin oyuna yönəltmişik".

Qeyd edək ki, "Mingəçevir"ə 3:1 hesabı ilə qalib gələn "Araz-Naxçıvan" Azərbaycan Kubokunda 1/4 finala yüksəlib.

Oxşar xəbərlər

Qara Qarayev: "Neftçi"dən ayrılarkən Qriqorçuk məni qucaqlamaq istədi" - MÜSAHİBƏ
"Araz-Naxçıvan"ın baş məşqçisi: "Komanda stress altında oynamağı bacarmalıdır"
"Abşeron" klubunun baş məşqçisi: "Voleybol Azərbaycanda inkişaf edir"
Azərbaycan Kuboku: "Araz-Naxçıvan" 1/4 finala vəsiqə qazanıb
"Gəncə"nin baş məşqçisi: "Planlaşdırdığımız yerdəyik"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər