Azərbaycan GECF-in 26-cı Nazirlər İclasında təmsil olunub
Energetika nazirinin müavini Kamal Abbasov İranın paytaxtı Tehranda keçirilən Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) 26-cı Nazirlər İclasında çıxış edib.
“Far.Az” Energetika Nazirliyinə istinadən xəbər verir ki, nazir müavini ölkəmizin zəngin təbii qaz ehtiyatlarına və strateji mövqeyinə əsaslanaraq qlobal enerji bazarında mühüm rol oynadığını bildirib. Azərbaycan qazının 12 ölkə tərəfindən idxal edildiyi və bunun enerji resurslarımıza artan tələbatın göstəricisi olduğu diqqətə çatdırılıb.
Çıxışda Bakıda keçirilmiş COP29 konfransının uğurlarından da bəhs edilib. Konfrans çərçivəsində GECF-in təşkil etdiyi panel müzakirələrinə toxunularaq təbii qazın dayanıqlı enerji keçidindəki əhəmiyyəti vurğulanıb.
Sonda 27-ci Nazirlər İclasının 2025-ci ilin son rübündə Qətərin paytaxtı Dohada keçirilməsi barədə qərar qəbul edilib.
Xatırladaq ki, Azərbaycan 2015-ci ildən Qaz İxrac Edən Ölkələr Forumunda müşahidəçi statusunda iştirak edir.
Oxşar xəbərlər
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İqtisadi inkişafda davamlı artan rəqabətli iqtisadiyyatın rolu - ANALİZ
Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır













