Finlandiyanın sabiq müdafiə naziri ilə Azərbaycanda mina problemi müzakirə olunub
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Məmmədov Finlandiya Respublikasının sabiq müdafiə naziri Jan-Erik Enestamın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
ANAMA-dan Far.Az-ya verilən məlumata görə, görüşdə Azərbaycanda mövcud mina probleminin miqyası, heç bir hərbi normalara riayət olunmadan, nizamsız qaydada ərazilərin minalanması, keçmiş təmas xətti əraziləri ilə yanaşı mülki təyinatlı ərazilərin də minalarla ciddi şəkildə çirkləndirilməsi, aşkar edilən tələ minaları, eləcə də mina təhlükəsinin aradan qaldırılması istiqamətində ölkəmizdə həyata keçirilən genişmiqyaslı humanitar minatəmizləmə fəaliyyəti haqqında nümayəndə heyətinə ətraflı məlumat verilib.
Jan-Erik Enestam təqdim edilən məlumatlara görə təşəkkürünü bildirib, mina təhlükəsi ilə mübarizə fəaliyyətində Azərbaycanın əldə etdiyi nailiyyətlərin təqdirəlayiq olduğunu və Azərbaycana səfər zamanı verilən məlumatlara əsasən hazırlanacaq hesabatın Finlandiyanın müvafiq qurumlarına təqdim ediləcəyini səsləndirib.
Eyni zamanda, Bəhruz Məmmədov ölkəmizin üzləşdiyi mina probleminin aradan qaldırılması istiqamətində beynəlxalq tərəfdaşlığın və dəstəyin genişləndirilməsinin vacibliyini vurğulayıb.
Qeyd edilib ki, görüş “Finlandiya-Azərbaycan Dostluq Cəmiyyəti” tərəfindən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə ünvanlanmış müraciət əsasında təşkil edilib.
Oxşar xəbərlər
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
Hüseyn Abdullayevin məhkəməsi səhhəti ilə bağlı təxirə salınıb
Bakıda Boneyra adasının müqəddəratının təyin edilməsi ilə bağlı konfrans keçirilib - FOTO
Mərkəzi Seçki Komissiyası nəzdində Mətbuat qrupunun iclası keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
WP: Konqodakı son epidemiya tarixdə ən böyük ebola epidemiyası ola bilər
-
Azərbaycanda yeni sanitariya norma və qaydaları təsdiq edilib
-
Əlcəzairdə meşə yanğınlarında azı 12 nəfər ölüb
-
Bu il ADEX silah sərgisində ilk dəfə Bakı Ekspo Mərkəzinin 5-ci pavilyonu istifadəyə veriləcək
-
Qurban Qurbanov: "Tvente" ilə oyunda azarkeşləri sevindirməyə çalışacağıq"
-
Qazaxıstan AK ilə Transxəzər enerji dəhlizinin PMI siyahısına daxil edilməsini müzakirə edir













