Premyer Liqa: "Qarabağ" "Sumqayıt"a böyük hesabla qalib gəlib
Far.Az xəbər saytı

Premyer Liqa: "Qarabağ" "Sumqayıt"a böyük hesabla qalib gəlib


"Qarabağ" Misli Premyer Liqasında "Sumqayıt"a böyük hesabla qalib gəlib.

"Report"un məlumatına görə, XVII turun son oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib.

Matç "köhlən atlar"ın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Ağdam təmsilçisinin heyətində Musa Qurbanlı (7, 33), Nəriman Axundzadə (45+1), Redon Cica (75) və Toral Bayramov (90+1) fərqlənib.

Bu nəticə ilə Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 41 xalla turnir cədvəlinin birinci sırasına yüksəlib. "Gənclik şəhəri" təmsilçisi isə 19 xalla altıncı pillədə qərarlaşıb.

Qeyd edək ki, turun daha əvvəl keçirilən oyunlarında “Sabah” “Araz-Naxçıvan”ı 1:0, "Neftçi" "Kəpəz"i 2:1 hesabı ilə məğlub edib. “Şamaxı” - “Səbail” və “Zirə” - “Turan Tovuz” görüşləri isə qolsuz bitib.

Oxşar xəbərlər

"Qarabağ" "Neftçi"ni üç cavabsız qolla məğlub edib - YENİLƏNİB - 6
"Neftçi" - "Qarabağ" oyununda üçüncü qol vurulub - YENİLƏNİB - 5
UEFA Avropa Liqası: "Qarabağ" "Ayaks"a məğlub olub - VİDEO - YENİLƏNİB-8
UEFA Millətlər Liqası: Azərbaycan yığması İsveçə məğlub olub - YENİLƏNİB - 7
Avropa Liqası: "Qarabağ" "Lion"a məğlub olub - YENİLƏNİB-8

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər