Azərbaycanın vəkillərdən ibarət komandası beynəlxalq turnirdə gümüş medal əldə edib
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) qadın futbolçulardan ibarət “Legal Eagles” komandası Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş vəkil və hüquqşünaslar arasında dünya çempionatı hesab olunan “Mundiavocat 2024” turnirində gümüş medal əldə edib.
ARVK-dan "Report"a verilən məlumata görə, kollektiv ilk olaraq Meksika təmsilçisi "Tijuana”nı beş cavabsız qolla üstələyib.
Daha sonra Qazaxıstanın “Bereke” komandasını 8:1 hesabı ilə məğlub edən “Legal Eagles” Braziliyanın “Amazon Legis” kollektivinə uduzsa (0:2) da, növbəti mərhələyə vəsiqə qazanıb. "Tijuana” yarımfinalda təmsilçimizlə qarşılaşmaya çıxmaqdan imtina edib. Azərbaycan vəkilləri finalda Braziliyanın “Amazon Legis” kollektivinə məğlub olaraq gümüş medal əldə edib. Yarışın ən yaxşı qapıçısı həmyerlimiz Nərmin Nəbiyeva seçilib.
Kişilərdən ibarət “Advokat” komandası 21 kollektivin iştirak etdiyi yarışı beşinci yerdə başa vurub. 7 oyun keçirən “Advokat” 6 qələbə qazanıb, 1 heç-heçə edib, rəqib qapılarından 51 top keçirərək 13 qol buraxıb. “Advokat” 1/4 finalda Portuqaliya təmsilçisi "Braqa"ya penaltilər seriyasında yenilib.
Oxşar xəbərlər
İrkutsk əyalətinin Vəkillər Palatası ilə əməkdaşlıq müzakirə olunub
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Vəkillər Kollegiyasının sədri formal vəkillik və nöqsanları büro rəhbərlərinin nəzərinə çatdırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
-
Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır













