Bu il Azərbaycanda əmtəəlik qaz hasilatı 6 %-ə yaxın artıb
Far.Az xəbər saytı

Bu il Azərbaycanda əmtəəlik qaz hasilatı 6 %-ə yaxın artıb


Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 46 milyard 033 milyon kubmetr təbii qaz hasil edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bunun 35 milyard 115,9 milyon kubmetri əmtəəlik təbii qazın payına düşüb.

Hesabat dövründə təbii qaz hasilatı illik müqayisədə 4,1 %, əmtəəlik qaz hasilatı isə 5,9 % artıb.

Ötən 11 ay ərzində Azərbaycanda 26 milyon 570,7 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib. Bunun 26 milyon 510,6 min tonu əmtəəlik xam neftin payına düşüb.

Hesabat dövründə neft hasilatı 2023-cü ilin 11 ayı ilə müqayisədə 4,1 %, əmtəəlik neftin həcmləri isə 3,9 % azdır.

Oxşar xəbərlər

Azərbaycan 8 ayda qaz hasilatını 2,5 % artırıb
Bu ilin əvvəlindən “Abşeron” yatağından 1,1 milyard kubmetr qaz hasil edilib
Azərbaycanda 8 ayda neft hasilatının həcmi açıqlanıb
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Azərbaycan Türkiyəyə qaz nəqlini 10 %-dən çox artırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər