"Araz-Naxçıvan"ın baş məşqçisi: Bu gün daha sürətli oynadıq
Bu gün daha sürətli oynadıq.
"Far.Az" xəbər verir ki, bunu "Araz-Naxçıvan" futzal komandasının baş məşqçisi Vitali Borisov UEFA Çempionlar Liqasının ilkin mərhələsində “Sillamae Silla” (Estoniya ) komandası üzərində 7:0 hesablı qələbədən sonra deyib.
Mütəxəssis qalib gəldikləri üçün sevincli olduqlarını bildirib:
“Dünənki “Sparta Belfast” (Şimali İrlandiya) görüşü ilə müqayisədə bu gün daha yaxşı çıxış etdik. Oyunumuzda sürət artmışdı. Düzdür, yenə qol epizodlarından istədiyimiz qədər faydalana bilmədik. Rəqibin də 4-5 qol epizodu oldu, amma qapıçılarımız yaxşı oynamaqla qapımızı toxunulmaz saxlamağı bacardılar. Son addım qalıb. İnşallah, bu iki oyunda qaçırdığımız epizodları “Uddevalla” matçda realizə edərik”.
Qeyd edək ki, avqustun 24-də isə İsveçin “Uddevalla” klubu ilə qarşılaşacaq. Yalnız qrup liderləri əsas mərhələyə vəsiqə qazanacaq.
Oxşar xəbərlər
"Araz-Naxçıvan"ın baş məşqçisi: Komandalar arasında səviyyə fərqi aşkar görünürdü
"Araz-Naxçıvan" Çempionlar Liqasında növbəti qələbəsini qazanıb
"Araz-Naxçıvan" Çempionlar Liqasında mübarizəyə qələbə ilə başlayıb
"Araz-Naxçıvan" Çempionlar Liqasında mübarizəyə başlayır
UEFA Çempionlar Liqası: "Qarabağ" "Dinamo"ya məğlub olub - YENİLƏNİB - 6
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib
-
Premyer Liqa: VII turun açılış oyununda "Kəpəz" "Araz-Naxçıvan"ı məğlub edib
-
Bərdədə xəstənin əməliyyat nəticəsində ölməsində təqsirli bilinən həkimə hökm oxunub
-
Tokayev: Azərbaycanın Xəzər dənizinin dayazlaşması ilə bağlı təşəbbüsünü dəstəkləyirik
-
Prezident İlham Əliyev: Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir
-
Sumqayıt Uşaq Xəstəxanasında 11 uşaqda allergiya hadisəsi ilə bağlı araşdırma aparılır - RƏSMİ













