Fatih Terim Səudiyyə Ərəbistanı klubunun baş məşqçisi kimi ilk oyununda qalib gəlib
Far.Az xəbər saytı

Fatih Terim Səudiyyə Ərəbistanı klubunun baş məşqçisi kimi ilk oyununda qalib gəlib


Türkiyəli mütəxəssis Fatih Terim Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Şabab"ın baş məşqçisi kimi ilk oyununda qələbə qazanıb.

"Far.Az" xəbər verir ki, onun komandası Kral Kubokunun 1/4 finalında "Al-Feyha"ya 2:1 hesabı ilə qalib gələrək yarımfinala adlayıb.

"Əl-Şabab" Fatih Terimin rəhbərliyi altında növbəti matçını Səudiyyə Ərəbistanı Pro Liqasının XIV turunda "Əl-Əhli"yə qarşı keçirəcək.

Qeyd edək ki, Fatih Terim son olaraq Yunanıstanda "Panatinaikos" klubunun baş məşqçisi olub. 71 yaşlı mütəxəssis Türkiyə millisində və "Qalatasaray"da bir sıra tarixi nailiyyətlər əldə edib.

Oxşar xəbərlər

Türkiyəli məşhur mütəxəssis Fatih Terim Bakıya gələcək
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Fatih Terim "Qarabağ" klubunun bazasını ziyarət edib
Tanınmış türkiyəli mütəxəssis Fatih Terim Bakıya gəlib
Paris-2024: Azərbaycan parataekvondoçusu qızıl medal qazanıb – YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər